Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkın meydançasında Bərdə şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə rayon çempionatı keçirilmişdir.
2 aprel 2022-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkın meydançasında Bərdə şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə rayon çempionatı keçirilmişdir.Çempionatda 4 yaş qrupu üzrə 27 çəki dərəcəsində 88 nəfər idmançı öz güclərini sınamışlar.
Tədbirdən öncə Şəhidlər xiyabanı ziyarət edilmiş və Bərdə rayon Gənclər və İdman İdarəsi adından əklil qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli açaraq şəhid valideynlərini və idmançıları salamladı və Bərdə şəhidlərinin Vətən Müharibəsində göstərdikləri şücaətdən danışdı. Sonra o, ölkəmizdə idmanın hərtərəfli inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan, idmançılarımızın müxtəlif səviyyəli yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən söz açdı.
Bərdə Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi sahəsində görülən işlərdən və bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olduğundan danışdı.
Şəhid anaları çıxış edərək Bərdə rayon Gənclər və İdman İdarəsinə belə tədbirlərin keçirilməsinə görə minnətdarlıqlarını bildirdilər.
I,II və III yerləri tutmuş idmançılar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medallar ilə təltif olunmuşlar. Diplomları və medalları şəhid valideynləri təqdim etmişlər.