Şriftin ölçüsü :

Saytın rəngi :

Şorəlli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

08 aprel 2022 | 16:00

Qəbulda rayon İcra Hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Şorəlli, Qaradağlı, Divanlı, Güloğlular və Cəyirli  kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək ölkəmizdə gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən, həmçinin Şorəlli kənd inzibati ərazisinin əhatə etdiyi kəndlərdə görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirləri qeyd edəərək bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Güloğlular kənd inzibati ərazi dairəsinin  əhatə etdiyi 9 kənd qazlaşdırılıb, aşağı gərginlikli elektrik şəbəkəsi kabelləşdirilib, bütün kəndlərə sürətli internet verilmiş, Gərənə, Qaraqoyunlu, Qaradağlı və Şorəlli kənd sakinlərini içməli su ilə təmin etmək üçün su qüllələri quraşdırılmış, su şəbəkəsi tikilmiş, küçələrdə 79 bulaq inşa edilmiş, Gərənə kəndinin 1,5 km, Qaradağlı kəndinin 2 km baş yolları asfaltlaşdırılıb, Cəyirli kəndində “20 yanvar” abidəsi yenidən qurulub, Gərənə və Ərəblər kəndində yeni məktəb tikilib, kəndlərin baş yollarına gecə işıqlandırılması verilib, Qaradağlı kəndi ərazisində Bayraq meydanı inşa edilib, ərazidə 5 ədəd yeni subartezian quyusu qazılıb, ərazidə 1 yanacaqdoldurma məntəqəsi 2 böyük ticarət mərkəzi tikilib, kənd qəbirstanlıqları abadlaşdırılıb, kənddaxili yollar qum-çınqılla əsaslı təmir edilib, mövcud xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, Şorəlli kəndi ərazisində işıqfor quraşdırılıb, Şorəlli kəndi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşadığı ərazi qazlaşdırılıb,hazırda Güloğlular kəndinin yeni məhlələr salınmış ərazisinə qaz çəkilir, Şorəlli kəndinin yeraltı qaz xətti yerin üzərindən çəkilir.  2021-ci ildə inzibati ərazi dairəsində 650 hektar sahədə pambıq əkilmiş, 1950 ton pambıq, 52 qutu barama bəslənərək 2 ton barama istehsal edilmişdir. Baramaçılığın inkişaf etdirilməsi üçün 2021-ci ildə ərazidə 2000 ədəd çəkil tingi əkilmişdir.
          Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Şorəlli kənd sakini Lətafət Qənbərova kəndin 0,7 km baş yolunun asfaltlaşdırılması, Rəşid Haqverdiyev kəndin”Ərikli” adlanan ərazisində əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Güloğlular kənd sakini Akif Şükürov Güloğlular kəndi ilə Qaraqoyunlu kəndi arasındakı 1 km uzunluqda təsərrüfat yolunun asfaltlaşdırılması, Divanlı kənd sakini Oqtay Ağayev Böyük yer adlanan ərazidə 80 hektar pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Şorəlli kənd sakini, şəhid atası Tapdıq Əliyev şəhid bulağının təmiri və bulağa su çəkilməsi, Divanlı kənd sakini Kamil Əsədov kəndin girişində mişar daşı satışı üçün ağır avtomobillərinin dayanmasının təhlükə yaratdığı, Cəyirli kənd sakini Rəhim Cavadov kəndin ərazisində olan balans mənsubiyyəti bilinməyən subartezian quyusunun bərpa edilməsi barədə  müraciət etmişlər.  Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.     

          Kənd sakinləri torpaqlarımızın işğaldan azad edilməsinə, əhalinin sosial müdafiəsinə, kəndlərdə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər