Şriftin ölçüsü :

Saytın rəngi :

8 aprel 2022- ci il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyatı, ictimai – siyasi fəaliyyətinin təbliği məqsədilə ’’ Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir ’’ mövzusunda tədbir keçirilmişdir.

09 aprel 2022 | 16:00

Tədbirdə Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov , Bərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin sədri Etibar Hüseynova və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdən öncə Mərkəzin direktoru Arifət Əhmədova  qonaqları Ulu Öndərin ictimai – siyasi fəaliyyətinin əks olunduğu foto- stendlərlə tanış etmiş, şəkillər haqqında ətraflı məlumat vermişdir.  Sonra tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova məruzə ilə çıxış etdi.  O bildirdi ki , Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi  hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Ulu öndərimiz birinci dəfə hakimiyyətə gələndə –  60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. 1969-cu il iyulun 14-də Azərbaycan tarixinin “Əliyev  dövrü “ başlandı. O dövrün ki,  sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri  və çatışmazlıqları ilə bərabər respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla,ən başlıcası isə xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu. Heydər Əliyev  Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etdi. Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu. Həmin illər ərzində Azərbaycanda yüzlərlə fabrik, zavod, kombinat tikildi. SSRİ kimi güclü dövlətin büdcə vəsaitindən istifadə edən Heydər Əliyev Azərbaycanda geniş yollar şəbəkəsi yaratmış, körpülər saldırmış, su elektrik stansiyaları tikdirmişdir. Heydər Əliyevin  70-ci illərdə apardığı siyasətinin nəticəsi idi ki, 70-ci illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin Səttar Bəhlulzadənin və başqa görkəmli  soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə  Xan qızı Natəvanın abidəsi ucaldıldı. Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi illərdə lider keyfiyyətləri, 1982-87-ci illərdə SSRİ rəhbərlərindən biri kimi beynəlxalq aləmdə qazandığı nüfuz hamı tərəfindən birmənalı şəkildə qəbul edilirdi. Ulu öndər öz fitri istedadı, idarəçilik məharəti, liderlik keyfiyyətləri ilə təkcə özünə yox, xalqımıza da böyük şərəf, şöhrət qazandırırdı. 1987- ci ildən etibarən mənfur ermənilərin Qarabağ iddiaları, baş verən işğallar, ölkədə başlayan hərc- mərclik xalqın Heydər Əliyev harayını gücləndirdi. Xalqın ən çətin anında imdadımıza yetişən Ulu Öndər 1993- cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərək Yeni Azərbaycanın təməlini qoydu. Ümummilli liderin dövlətçilik ənənələrini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyev xalqın Qarabağ  nisgilinə son verdi . Cənab Prezidentin qətiyyətli addımları bu gün bizim Qarabağa qayıdışımıza çevrildi. Azərbaycan əsgəri qanı, canı bahasına hünər göstərdi. Hərb tarixində görülməmiş qəhrəmanlıq ,  şücaət Şuşa əməliyyatında özünü göstərdi.  Fəxr edirik ki , Azərbaycanın şanlı tarixinin qəhrəmanı cənab Prezident İlham Əliyevdir!
Sonra Yaşar Zamanov çıxış etdi. O , qeyd etdi ki , Ulu Öndər dünyanın nəhəng tarixi simasıdır. Ulu Öndərin siyasi irsinin öyrənilməsi üçün Azərbaycana baxmaq kifayət edir. Bu günki ölkə məhz Heydər Əliyevin izi ilə çiçəklənmiş, rifah qazanmışdır. Yaşar Zamanov bildirdi ki , Heydər Əliyevin siyasi kursunun təbliği , öyrənilməsi üçün onun sovet hakimiyyəti illərindəki rəhbərliyi əsas götürülməlidir. O, şahidi olduğu həmin dövrlərdən danışaraq Heydər Əliyevin apardığı azərbaycançılıq siyasəti haqqında etdiyi  misilsiz xidmətləri vurğuladı. Y.Zamanov bildirdi ki , Ulu Öndərin şəxsi simasında Moskvada Azərbaycana qarşı mövcud fikir dəyişdi. Artıq Azərbaycan ziyalıları önəmli tarixi iclaslarda təmsil olunmağa başladı. Tikintisi başqa ölkələr üçün nəzərdə tutulan Bakı Kondisionerlər zavodu, Dərin Özüllər zavodunun Bakıda tikilməsi onun  Azərbaycan iqtisadiyyatı üçün ən böyük töfhələrindəndir. İndi isə Cənab Prezident İlham Əliyev Heydər Əliyev irsinə sadiq qalaraq əzmlə çalışır. Onun uğurlu , uzaqgörən siyasətinin nəticəsi olaraq Qarabağ işğaldan azad edildi. Qardaş ölkə Türkiyə ilə olan münasibətlərdə İlham Əliyevin danılmaz əməyi mövcuddur. Yaşar Zamanov çıxışının yekununda işğaldan sonra Qarabağda müşahidə etdiyi erməni vandalizmi haqqında danışdı.O qeyd etdi ki , Azərbaycan gəncliyi ölkə başçısının ətrafında sıx birləşərək Qarabağı yenidən Azərbaycanın cənnəti edəcək.
Sonra Etibar Hüseynova çıxış etdi. E.Hüseynova bildirdi ki , Ulu Öndərlə çiyin – çiyinə çalışması ilə həmişə fəxr etmişdir. O,auditoriyanın nəzərinə çatdırdı ki , 1990- cı illərdə baş verən Qarabağ hadisələrində özbaşınalıq, ordudakı nizamsızlıq , kreslo davaları xalqı məğlubiyyətə məcbur etdi. Ulu Öndər işğaldan sonra müharibədən yeni çıxmış ölkədə sabitlik, əmin- amanlıq qurmaq üçün gecə- gündüz çalışdı. Atəşkəsin əldə edilməsi ilə Azərbaycan iqtisadiyyatı, xalqın rifahı üçün çabaladı. Bu gün əminliklə deyə bilərik ki , Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsəridir. Cənab Prezident özü də vurğuladı ki , o öz ata vəsiyyətini yerinə yetirərək Ermənistanın işğalçı siyasətinə son verdi. Ordu quruculuğu , hərb sənayesinin inkişafı 44 günlük Vətən müharibəsində qalibiyyəti xalqımıza gətirdi. Biz əminik ki , gənclər Cənab Prezidentlə birgə Ulu Öndərin irsinə hər daim sadiq qalacaqdır!
Daha sonra Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli çıxış etdi. O , Ulu Öndərin siyasi irsi deyildikdə onun gənclər siyasətinin də əhəmiyyətini vurğuladı. Məhz həmin siyasətinin uğuru kimi bu gün dünyanın müxtəlif arenalarında Azərbaycan gəncləri medallar qazanır. Azərbaycan gənci xoşbəxtdir ki , Qarabağ zəfərini yaşayan nəslin nümayəndəsidir. Biz, ölkə gəncləri, cənab prezident İlham Əliyevin bizə göstərdiyi etimada cavab olaraq hər birimiz dövlətçilik üçün çalışmalı , Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan naminə əlimizdən gələni əsirgəməməliyik.
Tədbirdə Bərdə ASAN Könüllülərin rəhbəri Şamxal Yaqubov çıxış etdi. O , bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ictimai- siyasi irsi orta məktəblərdə dərs olaraq keçirilməlidir. Azərbaycan gənci Ümummilli liderin bu xalq , bu millət üçün canı bahasına etdiyi əvəzsiz xidmətləri unutmamalıdır. Hər birimizin vətəndaşlıq borcu odur ki , Heydər Əliyevin layiqli davamçısı , əsrin qəhrəman sərkərdəsi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşək.
Tədbirin yekununda Bərdə şəhər 1 saylı musiqi- incəsənət məktəbinin müəllimi Rəhman Təhməzov  Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kompozisiya ilə çıxış etdi.

Keçidlər