Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı

22 oktyabr 2013 | 15:00

 

İclasda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi vahidləri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar tədris müəssisələrinin rəhbərləri, kütləvi iunformasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri - cəmi 265 nəfər iştirak etmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış və heabat məruzəsi ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı cənab İlham Əliyevin nitqi ilə əlaqədar geniş məlumat verən rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev bərdəlilərin bu gün də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 10 sentyabr 2013-cü il tarixdə rayonumuza tarixi səfərinin yaratdığı xoş təəssuratın altında yaşayıb-yaratdıqlarını qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına M.Ə.Sabir, İ.Qayıbov, Nüşabə və Aydın Əhmədov küçələri yenidən qurulmuş, 3 beşmərtəbəli kommunal binanın dam örtükləri yenidən tikilmiş, 8 bina təmir edilmi, binalar təmir edilmiş, ətraf ərazilərlə birlikdə 27 hektar ərazidə Heydər Əliyev park-bulvarı tikilir.
220 şagird yerlik Mirzalıbəyli kənd tam və 180 şagird yerlik Qullar kənd ümumi orta məktəbi, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının rayonda dislokasiya olunmuş hissəsinin 5 mərtəbəli korputikilib istifadəyə verilmiş, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik yeni yaşayış məhəlləsi, Seyid Yusif Ağanın 22,75 metr hündürlükdə məqbərəsi və məqbərə kompleksi, əhalinin ziyərətgaha rahat gedib-gəlmələri üçün 6,5 km uzunluqda asfalt-beton örtüklü yol çəkilmiş, yol boyu abadlıq və yaşıllaşdırma işləri görülmüş, 2 inzibati binanın dam örtükləri yenidən tikilmiş, Mehdili kəndi ərazisində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksləri fəaliyyətə başlamış, 9 kənddə 12 ədəd subartezian quyuları vurulmuş, Mirzalıbəyli kəndində 0.4 km yol asfaltlaşdırılmış, Mollaəhmədli-Sərkarlar kəndlərarası 1 km, Hacıbəyli-Kafarlı kəndlərarası 1,5 km, Samux kəndinin baş yolunda 2 km yol qum-çınqılla təmir edilmiş, Lənbəran-Təhlə kəndlərarası 4 km yol qara örtüklə tikilib istifadəyə verilmişdir.  
62 ədəd 10 kv-luq, 76 ədəd 0,4 kv-luq yeni beton dirəklər basdırılmış, 220 metr SİP kabel çəkilmiş, 494 ədəd yeni sayğac quraşdırılmış, 697 ədəd qüsurlu sayğac yeniləri ilə əvəz edilmişdir.
241,7 km qaz kəmərləri çəkilərək 17 kənd, məcburi köçkünlər üçün Təhlə kəndi ərazisində yeni salınmış 195 ailəlik yaşayış məhəlləsi, Bərdə şəhəri ərazisinə bitişik ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkün məhəlləsi qazlaşdırılmış, 4246 abonentə təbii qaz verilmişdir.
315 ədəd su sayğacı quraşdırılmış, 34 subartezian quyusunun elektrik sayğacları elektron tipli sayğaclarla əvəz edilmiş, 9 quyunun dərinlik nasosları yenisi ilə əvəz edilmişdir.
Rayon mərkəzində və 23 kənd Elektron ATS-lərində DSLAM avadanlıqları quraşdırılmış, Xəsili, Hacallı və Mirzəcəfərli Yeni Daşkənd, Zümürxan kəndləri istiqamətində 15,3 km FO markalı optik kabel çəkilmiş, rayon mərkəzinin və 23 kəndin sürətli internetdən istifadəsi təmin edilmişdir. Rayonda optikləşmə 76,6 faizə çatmış, ümumi abunəçilərin 28,4 faizi geniş zolaqlı internet şəbəkəsindən istifadə edir 
Bələdiyyələrin maliyyə dəstəyi ilə 0,5 km dren kanal, 1 körpü, 3 su keçidi, 1 kəndin baş qapısı, qəbirstanlıqda 1 ədəd çardaq tikilmiş, 7,4 km su xətti çəkilmiş, rayon mərkəzində Xətai, C.Məmmədquluzadə və Təbriz küçələri, 34.2 km kəndlərarası, 83,9 km kənddaxili yollar qum-çınqıla, 2 km baş yollar asfalt-betonla təmir edilmiş və abadlaşdırılmış, 2 körpü, 16 sinif otağı və 3 abidə təmir edilmiş, 5834 ədəd ağac və 150 ədəd gül kolu əkilmiş, kəndlər 1120 maşın məişət tullantılarından təmizlənmişdir.
Yerli icmaların maliyyə dəstəyi ilə Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində rayonda 24 layihə həyata keçirilmiş, 9 kəndin 58,0 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, Mirzəcəfərli, Soğanverdilər, Uğurbəyli və Məmmədli  kəndlərində 12,35 km su xətləri çəkilmiş, 7 su çəni quraşdırılmış, 29 bulaq tikilmiş, Böyük Göyüşlü, Yeni Əyricə, Təhlə, Gülgəzli, Kolayır, Qaradağlı kəndlərində 37,1 km drenaj və su kanalları lildən təmizlənmiş,  Alaçadırlı, Əliyanlı, Xəsili, Körpüsındıran və lək kəndlərində qəbirstanlıqların kənarları 3,36 km hasarlanmış, ərazilərdə 4 talvar tikilmiş, 4 darvaza quraşdırılmış, 1 su çəni qoyulmuş, 0,2 km yol qum-çınqılla əsaslı təmir edilmişdir.
Hazırda “Bərdə” türbəsi bərpa edilir, 1 saylı uşaq incəsənət məktəbi, rayon Təhsil şöbəsinin, Əmlak komitəsinin rayon şöbəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binaları, Gənclər evi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, tutumu 2 min ton olan soyuducu ambar, 180 şagird yerlik Qazaxlar, 220 şagird yerlik Nazırlı, 260 şagird yerlik Türkmən, 380 şagird yerlik Bərdə şəhər 7 saylı məktəbləri tikilir, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, kəndlər qazlaşdırılır.
Rayonda sahibkarlığın inkişafı üçün münbit şərait var. Cari ilin doqquz ayı ərzində rayonda istehsal olunan sənaye məhsulunun 1,8 milyon manatı və ya ümumi məhsulun 26,1 faizi, kənd təsərrüfatı məhsulu istehsalının, göstərilən nəqliyyat və ticarət xidmətinin hamısı qeyri-dövlət sektorunun payına düşür. 01 oktyabr 2013-cü il tarixə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 4,8 faiz artaraq 6485 nəfər təşkil etmişdir. 2013-cü ilin ötən dövrü ərzində rayonda fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən əhaliyə 26 milyon 512,9 min manat, rayonda fəaliyyət göstərən SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 125 sahibkara 1 milyon 664 min manat güzəştli kredit verilmişdir.
2013-cü ilin doqquz ayında rayonda 271,0 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 7,9 milyon manat dəyərində sənaye, 101,0 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 92,7 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüş, ticarət sahəsində 63,9 milyon manat, nəqliyyat sektorunda 4,8 milyon manat, informasiya və rabitə sektorunda 680,0 min manat dəyərində məhsul istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 256,9 milyon manat olmuş, əhaliyə 44,5 milyon manat pullu xidmətlər göstərilmişdir. 2012-ci ilin doqquz ayına nisbətən ümumi məhsul buraxılışı 49,2 faiz, sənaye məhsulu buraxılışı 11,3 faiz, kənd təsərrüfatı məhsulu buraxılışı 9,2 faiz, tikinti-quraşdırma işləri 3,1 dəfə, nəqliyyatda məhsul buraxılışı 14,3 faiz, rabitə və informasiya xidmətində məhsul buraxılışı 15,7 faiz, ticarət xidmətlərində məhsul buraxılışı 37,4 faiz artmışdır.
Hər ay orta hesabla adambaşına 193,0 manat pərakəndə əmtəə dövriyyəsi düşmüş və xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 9,0 faiz çoxdur.
1 milyon 80 min ton yük və 8,6 milyon nəfər sərnişin daşınmışdır ki, bu da  2012-ci iin müvafiq dövrünə nisbətən müvafiq olaraq 3,9 və 9,1 faiz çoxdur.
Doqquz ay ərzində rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 92,7 milyon manat və ya 2012-ci ilin müvafiq dövründəkindən 3,3 dəfə çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 90,3 milyon manatı və ya 97,5 faizi tikinti quraşdırma işləri təşkil edir.
Hesabat dövründə 13,1 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Ümumi sahəsi 27,9 min kv. metr, o cümlədən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 1,8 min kv. metr, vətəndaşlar tərəfindən 26,1 min kv. metr yaşayış sahəsi tikilib istifadəyə verilmişdir.
2012-ci ilə nisbətən bir işçiyə hesablanmış əmək haqqı 4,3 faiz artaraq 240,0 manat təşkil etmişdir.
İlkin çəkidə 52.5 min ton taxıl (qarğıdalısız) istehsal edilmiş, orta məhsuldarlıq  əvvəlki ilə nisbətən 0.8 sentner artmışdır. İlin əvvəlindən 1703 ton qarğıdalı, 2606 ton kartof, 28455 ton tərəvəz, 27711 ton bostan məhsulları, 6100 ton şəkər çuğunduru və 6700 ton meyvə, 630 ton xam pambıq istehsal edilmiş, məhsul yığımı davam edir.
2012-ci ilə nisbətən taxıl istehsalı 1 faiz, kartof istehsalı 1,9 faiz, tərəvəz istehslaı 11,5 faiz, bostan məhsulları istehsalı 4,1 faiz, şəkər çuğunduru istehsalı 1,7 faiz, meyvə istehsalı 7,8 faiz artmışdır.
Toxumçuluq təsərrüfatında 4793,5 ton yüksək taxıl, 17,5 ton yonca toxumu istehsal edilmişdir.
Doqquz ay ərzində qaramalın sayı 3.0 faiz, o cümlədən inək və camışların sayı 6.9 faiz, qoyun və keçilərin sayı 1.3 faiz artmışdır.
Diri çəkidə 10250 ton ət, 43950 ton süd, 22,9 milyon ədəd yumurta və 430 ton yun istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,8 faiz, süd istehsalı 8,7 faiz, yumurta istehsalı 10,4 faiz, yun istehsalı 13,1 faiz artmışdır.
2052 baş ana inək, düyə və camışlar süni mayalandırılmış, mayalanmış heyvanlardan 1246 baş bala alınmışdır.
Bakı şəhərinə təşkil olunan yarmarkalara 260,5 ton kənd təsərrüfatı məhsulları göndərilmişdir.
İclasda rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev, Bala Qacar bələdiyyəsinin sədri Nəsibə Abdullayeva, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Qarabağ meşə meliorasiya idarəsinin rəisi Rəşid Rzayev çıxış etmişlər.
İclasda rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə müvafiq qərar qəbul etmişdir.

Keçidlər