Şriftin ölçüsü :

Saytın rəngi :

Əyricə kəndinə təbii qaz verilişinin açılışı

29 oktyabr 2013 | 16:00

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, “Azəriqaz” İB-nin Tikinti departamentinin rəis müavini Fuad Şükürov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri – cəmi 300 nəfər iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayev Əyricə kəndinin qazlaşdırılması üçün 8,9 km müxtəlif diametrli qaz xətləri çəkildiyini, hər bir  evə fərdi qaz sayğacı quraşdırıldığını, abonentlərin təhlükəsizliyini üçün bütün qaz xətlərinin möhkəmliyə və kipliyə görə yoxlanıldığını bildirmiş, sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
Tədbirdə kənd ağsaqqalı Rafiq Məmmədov, Əyricə kənd tam orta məktəbin
direktoru Şəkurə Babayeva, kənd sakini Savalan Hüseynov,  “Azəriqaz” İB-nin Tikinti departamentinin rəis müavini Fuad Şükürov, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək kəndə təbii qaz verilişi ilə əlaqədar sakinləri təbrik etdilər, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzuladılar.
           Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda geniş tikinti-abadlıq işləri aparıldığını, cari ilin ötən dövrü ərzində müxtəlif diametrlı 241,7 km qaz kəmərləri çəkilərək 17 kənd - Ərəblər, Qaraqoyunlu, Hüseynbəyli, Şərəfli, Uğurbəyli, Alaçadırlı, Yeni Əyricə, Piyadalar, Xanərəb, Çəmənli, Kərimbəyli, Kətəlparaq, Əliyanlı, Şahvəlilər, Kələntərli, Bala Ərəblər və Nəcəfqulubəyli kəndləri, məcburi köçkünlər üçün Təhlə kəndi ərazisində yeni salınmış yaşayış məhəlləsi, Bərdə şəhəri ərazisinə bitişik ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkün məhəlləsi qazlaşdırıldığını, Sərkarlar kəndi istiqamətdə 12 km, Məmmədli kəndi istiqamətində 5 km, Lənbəran kəndi istiqamətində 22 km uzunluqda müxtəlif diametrli daşıyıcı qaz kəmərləri çəkildiyini, 4246 abonentə təbii qaz verildiyini qeyd etmiş, bu gün Əyricə və Kərimbəyli kəndində daha 566 ailəyə təbii qaz veriləcəyini bildirmişdir.
Əyricə kəndinin qazlaşdırılması üçün 8,9 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, 13 ədəd siyirtmə və 1 ədəd qaztənzimləyici quraşdırılmış, hər bir  evə fərdi qaztənzimləyici və qaz sayğacı quraşdırılmış, 158 evə təbii qaz verilir.
  Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Respublikamızda aparılan geniş tikinti, abadlıq və quruculuq ilərinin kökündə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə gəlməsindən sonra müəyyənləşdirdiyi və həyata keçirdiyi inkişaf konsepsiyası durduğunu, Azərbaycan Respublikasının möhtərəm Prezidentinin məqsədyölü proqmatik proqramlarının həyata keçirilməsinin nəticəsi olduğunu bildirdi. Cari ilin oktyabar ayının 9-da keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində xalqımızın gələcəyə və inkişafa, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə səs verdiyini diqqətə çatdırdı, seçkilərdə fəallıq göstərdiklərinə görə sakinlərə minnətdarlığını bildirdi. 
           Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və “Azəriqaz” İB-nin Tikinti departamentinin rəis müavini cənab Fuad Şükürov Əyricə kəndinə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırmışlar.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı kənd sakinləri ilə söhbət etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tədbirdə iştirak edən “Azəriqaz” İB-nin Tikinti departamentinin rəis müavini cənab Fuad Şükürov və  rayonun rəhbər işçiləri ilə birlikdə kənd sakini Rəfayıl Zeynalovun evinə təbi qaz verilişinin açılışını etmiş, ailə ilə söhbət etmişlər.

Keçidlər