Ümummilli lider Heydər Əliyevin Anım günü
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, rayon sakinləri, ağsaqqallar, rayonda məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri-cəmi 1000 nəfər iştirak edirdi.
Tədbirdən əvvəl rayonun sakinləri, rayonda dislokasiya olunmuş daxili qoşunların hissəsinin rayonun baş meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərləri ümummili lider Heydər Əliyevin Mərkəzində nümayiş etdirilən eksponatlarla tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin Anım günü ilə əlaqədar 800 nəfər üçün ehsan süfrəsi açılmış, ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.