Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlara Kömək Milli Fondu tərəfindən rayonun bir qrup sahibkarlarına kredit verilməsi ilə əlaqədar tədbir

06 dekabr 2013 | 16:00

 

Mirzalıbəyli kənd tam orta məktəbində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Sahibkarlara Kömək Milli Fondunun direktoru cənab Şirzad Abdullayev, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini cənab Hüseyn Paşayev, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional bölməsinin rəisi cənab Elbrus Hüseynov, rayon ictimayətinin nümayəndələri, sahibkarların bir qrupu iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş vidioçarxı izləmişdir.
  Tədbirdə Güzəştli kreditlərin verilməsi mexanizminə, kreditin alınması üçün tələb olunan sənədlərə, elektron qeydiyyat sistemi və onun üstünlüklərinə dair treninq keçirilmişdir, pambıqçılıq, taxılçılıq, o cümlədən qarğıdalı istehsalı təsərrüfatlarının, bağçılıq, kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik həcmli meyvə-tərəvəz emalı, plastik qapı-pəncərə və tikinti materiallarının (tamet) istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri təqdimatı təşkil edilmişdir.
Tədbiri güriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə sahibkarlığın inkişafı üçün münbit şərait yaradıldığını qeyd etmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli krediti ayrılmış sahibkarlar tərəfindən Bərdə rayonunun Mehdili kəndində tutumu 5 min ton olan soyuducu anbar kompleksinin, illik istehsal gücü 16.7 min ton süd və 1.2 min ton ət olan 4200 başlıq heyvandarlıq kompleksinin və 5.4 min ton olan ət kəsimi fabrikinin tikildiyini bildirmiş, müvəkkil banklar tərəfindən verilmiş güzəştli kreditlər hesabına yeni iş yerlərinin yaradıldığını bildirmişdir.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini cənab Hüseyn Paşayev “Sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi tədbirləri haqqında”, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional bölməsinin  müdiri cənab Elbrus Hüseynov “Məqsədli dövlət proqramlarında Aran iqtisadi rayonunda nəzərdə tutulan tədbirlər və bu tədbirlərin icrası haqqında”, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa  Kömək  Milli  Fondunun  icraçı direktoru cənab Şirzad Abdullayev “2013-cü ilin ötən dövrü ərzində Respublikanın regionlarında, eləcə də Bərdə rayonunda verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, həmçinin, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar Fondun internet saytında yaradılmış elektron idarəetmə sistemi (sənədlərin elektron dövriyyəsi), Fondun fəaliyyətində iqtisadiyyatın sahələri üzrə əsas prioritet istiqamətlər, o cümlədən Bərdə rayonu üzrə əsas hədəflər barədə” çıxış etmiş, tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.
  Tədbirdə yekun sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayonda sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iştirakı ilə kredit müqavilələrinin imzalanacaq və güzəştli kreditlər veriləcək sahibkarlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.  
  Tədbirdən sonra Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə rayon sahibkarlarının bir qrupuna güzəştli kreditlərin verilmişdir.

Keçidlər