Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Bərdə şəhər Bülbül adına 1 saylı uşaq İncəsənət məktəbinin tədbiri.

31 dekabr 2013 | 16:00

 

           31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Rayon Mərkəzi meydanında Bərdə şəhər Bülbül adına 1 saylı uşaq İncəsənət məktəbinin tədbiri keçirilmişdir. Tədbirdə Bərdə şəhər Bülbül adına 1 saylı uşaq İncəsənət məktəbinin kollektivi- cəmi 2 min nəfərdən çox rayon sakinləri iştirak etmişdir.
           Tədbir incəsənət xadimlərinin çıxışı ilə başlamış, tədbirdə 1 saylı uşaq İncəsənət məktəbinin direktoru Elnur Cəfərov çıxış etmişdir.Şagirdlərin musiqi tədrisi uğurlarından danışan məktəbin direktoru, 2013-cu ilin bizim məktəb həyatında ən uğurlu il olduğu, beləki, Mədəniyyət və Turizm Nazirliyi “ Dövlət Proqramı ” layihəsi ilə məktəbə yeni 4 mərtəbəli möhtəşəm bir bina tikildiyini qeyd etmişdir. Respublikada analoqu olmayan bu tədris müəssisəsi üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevə, Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevə və Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri cənab İlyas Hacıyevə məktəb kollektivi və öz adından minnətdarlığını bildirmişdir.
           Tədbir rayon məktəbinin  incəsənət xadimlərinin, bədii özfəaliyyət dərnəklərinin, uşaq musiqi məktəbinin kollektivinin rəngarəng çıxışları ilə müşayət olunmuşdur.

Keçidlər