Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsində 2013-cü ilin yekunları ilə əlaqədar hesabat yığıncağı

25 yanvar 2014 | 16:00

 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2013-cü ilin yekunları ilə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul işçiləri, Zümürxan bələdiyyəsinin üzvləri, inzibati ərazi dairəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri, kənd ağsaqqalları, gənclər, ərazidə məskunlaşmış məcburi köçkünlərin nümayəndələri – cəmi 64 nəfər iştirak etmişdir.  
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Pənah Cahangirov, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Yığıncaq Zümürxan kəndində yeni tikilmiş 380 şagird yerlik kənd tam orta məktəbinin iclas zalında keçirilmişdir.
Yığıncaqda Bərdə rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Abbasov 2013-cü ilin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış etmiş, yığıncaq iştirakçılarının suallarını cavablandırmışdır. 
Yığıncaqda Zümürxan kənd tam orta məktəbinin direktoru Ağayeva Bəkurə Əkbər qızı, Zümürxan bələdiyyəsinin sədri Nuruyev Qüdrət Əhəd oğlu, kənd ağsaqqalı Usubov Nadir İbrahim oğlu, torpaq mülkiyyətçisi Murtuzayev Süleyman Qaçay oğlu, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Pənah Cahangirov çıxış etmişlər. 
Yığıncaq müzakirə edilən hesabat üzrə müvafiq qərar qəbul etmişdir.

Keçidlər