20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar tədbir
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar rayon mərkəzində 20 yanvar abidə kompleksində tədbir keçirilmişdir.
Öncə rayon İcra Hakimiyyətinin başçısı cənab V.İ.İsayev rayon rəhbərləri matəm musiqisi sədaları altında “20 Yanvar” abidəsinin önünə əklil və tər qərənfil qoyaraq 20 Yanvar şəhidlərinə olan ehtiramlarını bildirmişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev tədbir iştirakçıları olan rayon sakinləri qarşısında çıxış etdi.
Tədbirdə rayon məktəblilərinin 20 Yanvar faciəsi ilə hazırladığı kompozisiya iştirakçılara təqdim edilmişdir.
Saat 12 00-da rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca isə qatarlar və avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.
Bütün gün ərzində rayon sakinləri matəm musiqisi sədaları altında “20 Yanvar” abidəsinin önünə tər qərənfil qoyaraq 20 Yanvar şəhidlərinə olan ehtiramlarını bildirmişlər.