Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Gənclər Günü münasibəti ilə rayon gənclərinin tədbiri.

15 fevral 2014 | 16:00

 

14 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Respublika Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir.
          Tədbirdən öncə rayonun gənclərinin bir qrupu ümummillli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etmişlər və Heydər Əliyev Mərkəzində ümumimilli liderin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmuşlar.
Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi A.Şahbazov çıxış edərək rayon gənclərinin əldə etdikləri nəailiyyətlərdən, qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Dialoq şəklində aparılan tədbirdə iştirakçılar fəal iştirak etmişlər. Müxtəlif səviyyəli idman yarışlarında və müsabiqələrdə qalib olmuş gənclər Fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirin sonunda rayonun Mədəniyyət işçiləri iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər