Beynəlxalq Qızıl Xaç Komitəsinin 150 illik yubileyi
11 fevral 2014-cü il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin 150 illik yubileyi münasibəti ilə rayon Rəsm Qalareyasında fotosərgi təşkil edilmişdir.
Sərginin açılışında Bərdə rayon İcra Hakimiyyətinın başçısı cənab Vidadi İsayev, Ağdam rayon İcra Hakimkiyyətinin başçısı cənab Nizami Sadıqov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin içtimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə xanım Hüseynova, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə sub nümayəndəliyinin rəhbəri cənab Nikola Lambert, ətraf rayonların İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələri, Qızıl Aypara Cəmiyyətinin rayon nümayəndələri iştirak etmişlər. Sərginin açılşında Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə sub nümayəndəliyinin rəhbəri cənab Nikola Lambert, Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmişdir. Tədbir iştirakçıları sərgidə nümayiş etdirilən fotolarla tanış olmuşlar.