Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ildə Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrinə həsr olunmuş yığıncaq.

22 fevral 2014 | 16:00

 

2013-cü ildə Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi vahidi üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri - cəmi 265 nəfər iştirak etmişdir.

Yığıncaqda Azərbaycan Respublikası Prezident Adminstrasiyasının məsul işçisi hörmətli Pənah Cahangirov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Gövhər xanım Baxşəliyeva və Zahid Oruc iştirak etmişlər.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2013-cü ildə Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə hesabat vermiş, məruzə ətrafında rayon Prokuroru Rəhim Əliyev, sahibkar Vahid Rzayev, rayon Mərkəzi xəstəxanasının baş həkimi İftixar Zeynalov, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva və Zahid Oruc çıxış etmişlər.

Tənqid və özünütənqid şəklində keçən hesabat yığıncağında çıxış edənlər,  ayrı-ayrı rayon təşkilatlarının rəhbərləri sualları cavablandırmışlar.

Yığıncaq hesabat məruzəsi ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

İl ərzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası sahəsində rayon mərkəzinin və kəndlərin müfəssəl plan əsasında yenidən qurulması işi davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına M.Ə.Sabir, İ.Qayıbov, Nüşabə və Aydın Əhmədov küçələri yenidən qurulmuş, ətraf ərazilərlə birlikdə 34 hektar ərazidə Heydər Əliyev park-bulvarı tikilir.

Şəhərin Vaqif,  Xəqani, Təbriz, Vəzirov, Pişəvəri, Tağıyev, Nüşabə, Füzuli, C.Cabbarlı və Ə.Əbilov küçələrində abadlıq işləri aparılmış, küçələrə 45808 kv. metr asfalt-beton örtüyü qoyulmuşdur.

28 yeni obyekt tikilmiş, 48 obyekt yenidən qurulmuş, 23 obyektə gecə işıqlandırlması verilmiş, 18 müasir reklam quraşdırılmışdır.

Şəhərin Ü.Hacıbəyov küçəsində 2 və 3, Babək küçəsində 2 saylı beşmərtəbəli kommunal binaların dam örtükləri tamamilə yenidən tikilmiş, 8 kommunal binada təmir işləri aparılmışdır.

Seyid Yusifli kəndində Seyid Yusif Ağanın hündürlüyü 22,75 metr, diametri 9 metr, müasir memarlıq üslubunda 8 güşəli məqbərəsi, ziyarətə gələnlər üçün 475 kv.metr bütün şəraiti olan olan bina tikilmişdir. Ziyərətgaha rahat gedib-gəlmələri üçün müasir yol nişanları ilə təchiz edilmiş 6,5 km uzunluqda asfalt-beton örtüklü yol çəkilmiş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmış, yola gecə işıqlandırılması verilmişdır.

İnzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin köməyi ilə il ərzində rayon mərkəzində Xətai, C.Məmmədquluzadə və Təbriz küçələri qum-çınqılla təmir edilmiş və abadlıq işləri aparılmış, 64.2 km kəndlərarası, 104,2 km kənddaxili yollar qum-çınqıl verilməklə, 11 km torpaq yolar qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin edilmiş, 2 km baş yolların asfalt-beton örtüyü təmir edilmiş, 17,2 km baş arxlar, 41,2 km təsərrüfatdaxili arxlar, 4,2 km açıq dren kanallar, 1,3 km sel arxı lildən təmizlənmiş, 111,2 km yollar kol-kosdan təmizlənmiş, 0,5 km dren kanal tikilmiş, 1 körpü tikilmiş və 3 körpü təmir edilmiş, 4 su keçidi, 1 kəndin baş qapısı tikilmiş, 7,4 km su xətti çəkilmiş, qəbirstanlıqda 1 ədəd çardaq tikilmiş, 16 sinif otağı və 3 abidə təmir edilmiş, 7386 ədəd ağac və 350 ədəd gül kolu əkilmiş, kəndlər 1410 maşın məişət tullantılarından təmizlənmişdir. Bunlarla yanaşı rayonda keçirilən iməciliklərdə 160 hektardan çox qəbirstanlıq ərazisi kol-kosdan təmizlənmiş, qəbirstanlıq yolları cari təmir edilmiş, kəndlərin ərazisində olan yaşıllıq zolaqlarına xidmət edilmiş, ərazilər kol-kosdan təmizlənmişdir. 

Yerli icmaların maliyyə dəstəyi ilə Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində rayonda 32 layihə həyata keçirilmişdir. Rayonun 12 kəndində (İkinci Nazırlı kəndində 6,4 km, Şorəlli kəndində 7,15 km, Divanlı kəndində 4,65 km, Ərəblər kəndində 7,0 km, Samux kəndində 8,0 km, Alpout kəndində 6,5 km, Qarayusifli kəndində 6,5 km, Tumaslı kəndində 6,3 km, Nazırlı kəndində 5,450 km, Dəymədağıldı kəndində 9,4 km, İkinci Hacalllı kəndində 7,6 km, Həsənqaya kəndində 7,4 km)  88,35 km kənddaxili yollar qum-çınqılla əsaslı təmir edilmiş, Mirzəcəfərli, Soğanverdilər, Uğurbəyli, Məmmədli və Köbər  kəndlərində 17,1 km su xətləri çəkilmiş, 9 ədəd su çəni quraşdırılmış, 41 bulaq tikilmiş, Böyük Göyüşlü, Gülgəzli, Kolayır, Qaradağlı, Yeni Əyricə kəndlərində 37,1 km drenaj və su kanalları, Dəymədağıldı və İkinci Hacallı kəndlərinin yol kənarı 4 km arxlar lildən təmizlənmiş, 2 ədəd su keçiricisi yenidən tikilmiş,   Alaçadırlı, Xəsili, Körpüsındıran, lək, Əmirli, Birinci Qaradəmirçi və Əliyanlı kəndlərində qəbirstanlıqların kənarlarına 4,82 km hasar çəkilmiş, ərazilərdə 5 talvar tikilmiş, 6 darvaza quraşdırılmış, 1 su çəni qoyulmuş, 0,2 km yol qum-çınqılla əsaslı təmir edilmişdir.

Bunlarla yanaşı Mirzalıbəyli kəndində 0.4 km, Gərənə kəndində 0,5 km yol asfaltlaşdırılmış, Mollaəhmədli-Sərkarlar kəndlərarası 1 km, Hacıbəyli-Kafarlı kəndlərarası 1,5 km, Samux kəndinin baş yolunda 2 km, Yeni Daşkənd kəndlərarası 3,4 km yol qum-çınqılla təmir edilmiş, Lənbəran-Təhlə kəndlərarası 4 km yol qara örtüklə tikilib istifadəyə verilmişdir.

Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsi, Seyid Yusifli kəndində Seyid Yusif Ağanın müasir memarlıq üslubunda məqbərə kompleksi, kəndlərarası 6.5 km yol,  Mirzalıbəyli kəndində 220, Qullar kəndində 180 şagird yerlik orta məktəbləri, Mehdili kəndi ərazisində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksləri, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının rayonda dislokasiya olunmuş hissəsinin 5 mərtəbəli korpusu tikilib istifadəyə verilmiş, rayon Təhsil şöbəsinin inzibati binasının, 1 saylı uşaq incəsənət məktəbinin tikintisi başa çatdırılmış,  suvarma suyu ilə təminatı yaxşılaşdırmaq üçün 9 kənddə (Dəymədağıldı, Xanərəb, Şərəfli, Güloğlular, Zümürxan və Yeni Daşkənd kəndlərinin hər birində 1 ədəd, Piyadalar, Şirvanlı, Soğanverdilər kəndlərinin hər birində 2 ədəd) 12 ədəd subartezian quyuları vurulmuş, 2 inzibati binanın dam örtükləri yenidən tikilmişdir. Hazırda “Bərdə” türbəsi bərpa edilir, Əmlak komitəsinin rayon şöbəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binaları, Gənclər evi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, məcburi köçkünlər üçün 2100 ailəlik  yeni yaşayış məhəlləsi, rayon Mədəniyyət mərkəzi, tutumu 2 min ton olan soyuducu ambar, 180 şagird yerlik Qazaxlar, 220 şagird yerlik Nazırlı, 380 şagird yerlik Bərdə şəhər 7 saylı tam orta məktəbləri tikilir, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işləri, kəndlərin qazlaşdırılması, rayonun Elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilir.

Yerli əhəmiyyətli yolların 20082 kv.metri asfalt-betonla, 84440 kv.metri qum-çınqılla bərpa edilmişdir.

İl ərzində magistral avtomobil yollarının kənarlarında 24.2 min ədəd ağac əkilmişdir.

Qarabağ kanalının maşın qolunun tikintisi davam etdirilmiş, Tərtər çayının yatağında 279 min kub metr təmizləmə işləri aparılmış,  qurunt sularının səviyyəsinin aşağı salınması üçün 1548,5 min manat dəyərində tikinti işləri görülmüş, rayonda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalama işləri təşkil edilmiş, indiyədək 5998 bas ana inək, düyə və camışlar elit törədicilərin toxumları ilə süni mayalandırılmış, mayalandırılmış inək və camışlardan 3616 baş bala alınmışdır.

Hazırda 780 şagird yerlik 3 məktəb, Mədəniyyət mərkəzi, Gənclər mərkəzi tikilir, “Bərdə” türbəsi bərpa edilir. Yaxın vaxtlarda Türkmən kənd tam orta məktəbinin tikintisinə, 3 ümumtəhsil məktəbinin əsası təmirinə başlanacaqdır.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2009-2013-cü illərdə 11916 yeni iş yerləri açılmışdırdır ki, bunun da 5244-ü daimi iş yerləridir. 2013-cü ildə 3428 yeni iş yerləri açılmışdır ki, bunun da 1333-ü daimi iş yerləridir. Yeni açılmış iş yerlərindən 55-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 2-si mövcud müəssisələrdə, 12-si fəaliyyəti bərpa edilmiş müəssisələrdə, 1264-ü fiziki şəxslərdə, 2095-i digər sahələrdədir.

2003-cü ildən indiyədək rayonda 21253 yeni iş yerləri açılmışdır ki, bunun da 10812-si daimi iş yerləridir. 

2013-cü ildə rayonda 329,3 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 10,8 milyon manat dəyərində sənaye, 127,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 112,1 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüş, nəqliyyat sektorunda 5,7 milyon manat, informasiya və rabitə sektorunda 0,9 milyon manat, ticarət xidmətlərində 72,4 milyon manat məbləğində məhsul buraxılışı olmuşdur. 2012-ci ilə nisbətən 2013-cü ildə fiziki həcm indeksi ilə ümumi məhsul buraxılışının həcmi 40,3 faiz, sənaye məhsulu buraxılışı 6.7 faiz, kənd təsərrüfatı məhsulu buraxılışı 9.3 faiz, tikinti-quraşdırma işləri 2.6 dəfə, nəqliyyatda məhsul buraxılışı 10.6 faiz, informasiya və rabitə xidmətində məhsul buraxılışı 3 faiz, ticarət xidmətlərində məhsul buraxılışı 18.9 faiz artmışdır.

2013-cü ildə 1.4 milyon ton yük və 12,4 milyon nəfər sərnişin daşınmışdır ki, bu da  2012-ci ilə nisbətən müvafiq olaraq 3 və 9.9 faiz çoxdur.

Hesabat dövründə rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 92.7 milyon manat və ya 2012-ci ildəkindən 2.6 dəfə çox investisiya yönəldilmişdir.

2013-cü ildə muzdla işləyənləri orta aylıq əmək haqqı 2012-ci ilə nisbətən 11.1 faiz artaraq 250 manat təşkil etmişdir.

İl ərzində Məcburi Köçkünlərin Sosial-İnkişaf Fondu tərəfindən 59 min kv. metr, əhali tərəfindən 28.6 min kv. metr ümumi sahəsi olan yaşayış evləti tikilib istifadəyə verilmişdir. 

Rayon büdcəsinin yerli gəlirləri 2013-cü ildə vergilərdən daxil olmalar üzrə 103.6 faiz yerinə yetirilmiş, 2012-ci ilə nisbətən büdcənin yerli gəlirləri 12.8 faiz, xərcləri  isə 3.3 faiz artmışdır. 2013-cü ildə bütün tələb olunan xərclər tam icra edilmişdir.

2013-cü il ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 17,8 faiz artaraq 01 yanvar 2014-cü il tarixə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 7,8 min nəfər olmuşdur.

Hazırda suvarma məqsədilə 16 kənddə 19 subartezian quyusunun vurulması üçün hazırlıq işlər aparılır.

İl ərzində 15,1 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülmüş, ilkin çəkidə 52,5 min ton məhsul götürülmüşdür. Hər hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən ümumi məhsulda 0,8 sentner, buğdada 1,7 sentner artaraq müvafiq olaraq 34,8 və 36,1 sentner olmuşdur. Həmçinin 282 hektar qarğıdalı sahəsindən quru dənə çevirməklə 1703 ton məhsul toplanmış, hər hektardan orta hesabla 60,4 sentner qarğıdalı dəni götürülmüşdür. Qarğıdalı dəni də nəzərə alınmaqla rayon üzrə taxıl istehsalı 54,2 min ton olmuşdur.

            İl ərzində sahələrdən 2606 ton kartof, 30321  ton tərəvəz, 27710 ton bostan məhsulları, 13082 ton şəkər çuğunduru və 7610 ton meyvə istehsal edilmiş, emal müəssisələrinə 3945 ton xam pambıq təhvil verilmişdir.

Hər hektardan 36,1 sentner buğda, 29,8 sentner arpa, 60,4 sentner dən üçün qarğıdalı, 25 sentner pambıq, 411,1 sentner şəkər çuğunduru, 18,5 sentner dən üçün günəbaxan, 95,8 sentner kartof, 109,2 sentner tərəvəz, 155,5 sentner bostan məhsulları, 78,8 sentner meyvə götürülmüşdür. 

2012-ci ilə nisbətən 2013-cü ildə şəkər çuğundurunun məhsuldarlığı 60,8 sentner, kartofun məhsuldarlığı 2,5 sentner, tərəvəzin məhsuldarlığı 6 sentner, bostan məhsullarının məhsuldarlığı 10,2 sentner, günəbaxan dəninin məhsuldarlığı 0,4 sentner artmışdır.

2014-cü ilin məhsulu üçün 15273 hektar sahədə payızlıq taxıl, o cümlədən 12330 hektar sahədə buğda və 2943 hektar sahədə arpa, 460 hektar sahədə mal-qaranın yemlənməsi üçün xəsil arpası əkilmişdir.

Həyata keçirilmiş kompleks tədbirlərin nəticəsidir ki, ilin sonuna 86,8 min baş qaramal, o cümlədən 41,2 min baş inək və camış, 136.6 min baş qoyun və keçi mövcud  olmuşdur. 2012-ci illə müqayisədə qaramalın sayı 2,8 faiz, o cümlədən inək və camışların sayı 4,8 faiz, qoyun və keçilərin sayı 3,2 faiz artmışdır.

            İl ərzində rayon üzrə diri çəkidə 16534 ton ət, 56015 ton süd, 28,1 milyon ədəd yumurta və 430 ton yun istehsal edilmişdir. 2012-ci illə müqayisədə ət istehsalı 13,6 faiz, süd istehsalı 8,9 faiz, yumurta istehsalı 8,5 faiz, yun istehsalı 4,9 faiz artmışdır.

2013-cü il ərzində 2700 baş və ya 2012-ci ildəkindən 5,1 faiz çox ana inək, düyə və camışlar elit törədicilərin toxumları ilə süni mayalandırılmış, mayalandırılmış inək və camışlardan 1707 baş və ya 2012-ci ildəkindən 5,8 faiz çox bala alınmışdır.

Keçidlər