Heydər Əliyev park-bulvarı
Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində Ətraf ərazilərlə birlikdə 34 hektar ərazidə Heydər Əliyev park-bulvarı tikilir. Heydər Əliyev parkında layihədə nəzərdə tutulmuş işlərin böyük hissəsi tamamlanmış, yaşıllıq zolaqları salınmış, qiymətli ağaclar əkilmiş, giriş arkası, 6 fontan və 1 transformator binası, pilləkənlər, 10 ictimai oturacaq tikilmiş, göl yaradılmış, ərazidəki tarixi körpünü aşınmadan qorunması üçün ətrafında sahilbərkitmə işləri aparılmış, körpüyə baxmaq üçün yol tikilmiş, müasir memarlıq üslubunda asma körpü inşa edilmiş, park-bulvara gecə işıqlandırılması verilmişdir.
Ərazidə 3 gölün, Tərtər çayı boyunca 3 km uzunluqda sahil bulvarın yaradılması üçün tədbirlər həyata keçirilir.
Park-bulvarda
Heydər Əliyev adına park-bulvarda 54 min kv.metr ərazi hazırlanmış, 172 min kub metr torpaq və 14 min kub metr sahəyə ballast qatı verilmiş, 14 min kub metr qum-çınqıl qarışığından ibarət əsas düzəldilmiş, 40 sm qalınlığında 1880 kv. metr divar hörülmüş, 3200 kv. metr divarlar qalınlığı 30 mm olan aqlay, 210 kv.m divarlar qalınlığı 30 mm olan qranit, 47 min kv. metr ərazi 4 sm qalınlıqlı tametlə, 1150 kv. metr ərazi qranitlə üzlənmiş, 2,4 km beton və 1460 p/metr qranit səki daşları düzülmüş, 32 kub metr beton tökülərək pilləkənlər yaradılmış, pilləkənlərə 600 kv.m qranit üzlük çəkilmiş, ərazidə 8,5 km plastmas su və 4,4 min metr kabel boruları və kabel çəkilərək elektrik enerjisi verilmiş, 146 ədəd gecə işıqlandırılması dirəkləri quraşdırılmış, 3,2 kv. metr ərazi asfaltlaşdırılmışdır.
Park-bulvarın tikintisi sürətlə davam etdirilir.