Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə əlaqədar tədbir

27 fevral 2014 | 16:00

Xocalı soyqırımın iyirmi ikinci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayonda müvəqqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərin nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar iclas zalının foyesində təşkil edilmiş rəsm və kitab sərgisi ilə tanış olmuşlar.
Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar videoçarxa tamaşa etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev məruzə ilə şıxış etmiş, Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı rayon İcra Hakimiyyəti başçısının Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi Ramiz Qəhrəmanov, rayonda müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri, faciə zamanı girov düşmüş Məhəmməd Salmanov, Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev, Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova çıxış etmişdir. Tədbirdə Xocalı faciəsi zamanı ölənlərin ruhuna dualar oxunmuşdur.
Tədbirdə Bərdə rayonunda müvəqqəti məskunlaşmış Xocalı rayonundan məcburi köçkünlərin bir qrupuna maddi yardım göstərilmişdir.
Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdlərin hazırladıqları bədii kompazisiyaya tamaşa etmişlər.

 

Keçidlər