8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir
Tədbirdən öncə rayon qadınlarının bir qrupu ümummilli lider Heydər Əliyevin abidəsi önünüə tər gül-çiçək dəstələri qoyaraq dahi şəxsiyyətin ruhunu yad etmişlər.
Rayon Mədəniyyət evində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatın məsul işçiləri, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya rayon qadınlarını 8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmişdir.
Tədbirdə rayon Qadınlar Şurasının sədri Rahilə xanım Babayeva, Bərdə şəhər 8 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə xanım Hüseynova, Bərdə şəhər 1 saylı Uşaq musiqi məktəbinin müəllimi Nəzakət xanım Əliyeva, mərkəzi rayon xəstəxanasının terapevti Gülnarə Əliyeva, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev geniş nitq söyləmişdir.
Qeyd olunmuşdur ki, cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, qadınların da cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır.
1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadını Klara Setkin təklifi ilə qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart Dünya Qadınlar Günü qəbul edilmişdir. 1975-ci il Beynəlxalq Qadın ili olaraq qeyd edilmiş, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 Mart Qadın hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul edilmişdir. Azərbaycann qadına münasibət milli mənəvi dəyərlərimizin əsasıdır. Azərbaycan qadını öz ağlı və mərdliyi, saflığı və sədaqəti ilə tarixən milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır və bu gün də belədir.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə dövlət qadın siyasəti daha da möhkəmlənmişdir. 1995-ci ildə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin təsbiti xalqımızın ümummilli lideri Heydər Əliyevin qadın hüquqlarına diqqət və qayğısını təzahür etdirir. Məhz ümummilli liderimiz Heydər Əliyev qadın əməyi, qadın fəaliyyəti, onların cəmiyyətdə, ictimai və dövlət işlərində önə çəkilməsinə daim çox böyük qayğı ilə yanaşmış, respublika qadınlarının ilk milli Qurultayının keçirilməsinə birbaşa rəhbərlik etmişdir. Tariximizdə çox mühüm hadisə olan bu mötəbər Məclisdə ulu öndər Heydər Əliyev demişdir: “Mən sizə və sizin şəxsinizdə bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında, dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxsən mənə dayaq olduğunuza görə Sizə təşəkkür edirəm, çox sağ olun, Sizə xoşbəxtlik, can sağlığı arzulayıram.” Bu, Azərbaycan qadınlarının zəhmətinə verilən ən yüksək qiymətdir. Məhz ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan BMT-nin “Qadınlara qarşı hər cür ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 2000-ci il 6 mart tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı ölkəmizdə qadın siyasətinin gerçəkləşməsinə xidmət eetmiş, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətləri tərəfindən ən yaxşı sənəd kimi qəbul olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətiun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qadın siyasətinin möhkəm təminatçısıdır. Respublika qadınlarının ikinci qurultayının keçirilməsi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Milli Fəaliyyət Planında “Qaçqın və məcburi köçkün qadınlar”, “Qadın və məşğulluq” və digər mühüm məsələlərin həlli, 2006-cı ildə parlamentdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi ölkəmizdə dövlət qadın siyasətinin möhkəmləndirilməsi üçün mühüm addımlardır. Hazırda ölkəmizdə qadın problemləri üzrə ixtisaslaşmış təxminən 90 QHT fəaliyyyət göstərir. Bu gün Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib., ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmmnunluq hissi doğurur.” Bu ölkə rəhbərinin Azərbaycan qadınlarının əməyinə verdiyi yüksək qiymətdir.
Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar.
Bu gün dünyada bütün Azərbaycan qadınlarının ən gözəl təmsilçisi Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun Prezidenri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva fəaliyyəti ilə dünya siyasi arenasında yüksək nüfuz qazanmışdır. Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədi layiqincə yerinə yetirən onun vitse –prezidenti, Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva fərqli mədəniyyətlər arasında dialoqun qurulmasında, dövlətimizin uğurlu daxili və xarici siyasətinin təbliğində, “Xocalıya ədalət” kimi vacib kompaniyanı həyata keçirməklə mühüm xidmətlərin müəllifi kimi çıxış edir. Bütün bunlar müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onu ölkənin, cəmiyyətin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin böyük əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir.
Bərdə rayonunun sosial-iqtisadi inkişafında rayonun qadınlarının əməyi çox böyükdür. Rayonda təhsil sahəsində çalışan işçilərin 2800-dən çoxu, mədəniyyət sahəsində çalışanların 1200 nəfəri, səhiyyə sahəsində çalışanların 1100 nəfərdən çoxu qadındır.
Rayon qadınlarının fəal iştirakı ilə 2013-cü ildə Mirzalıbəyli və Qullar kəndlərində yeni məktəblər, Təhsil şöbəsinin inzibati binası, Uşaq incəsənət məktəbi, 2000 başlıq ətlik, 1000 başlıq südlük cins ferma kompleksləri, illik istehsal gücü 1,6 min ton quş əti olan broyler quşçuluq fabriki Əmirli kəndində sahə baytarlıq məntəqəsi, DİN daxili qoşunlarının korpusu, 1 saylı Musiqi məktəbi, məcburi köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsi, Yusif Ağanın hündürlüyü 22,75 metr, diametri 9 metr olan abidə kompleksi, 2 Qaztənzimləyici stansiya tikilmiş, 6.5 km kəndlərarası yol asfaltalşdırılmış, 21.9 km kəndlərarası, 88.4 km kənddaxili yollar əsaslı təmir edilmiş, 21 kənd qazlaşdırılmış, M.Ə.Sabir, İ.Qayıbov, Nüşabə və Aydın Əhmədov küçələri müasir memarlıq üslubunda yenidən qurulmuş, suvarma üçün 12 subartezian, içməli su üçün 2 artezian quyuları vurulmuşdur.
Hazırda ətraf ərazilərlə birlikdə 34 hektar ərazidə Heydər Əliyev park-bulvar, Bərdə şəhərində, Qazaxlar və Nazırlı kəndlərində ümumtəhsil məktəbləri, Əmlak komitəsinin rayon şöbəsinin inzibati binası, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyası, Gənclər evi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli bina, köçkünlər üçün 2100 ailəlik məhəllə, Mədəniyyət mərkəzi, tutumu 2 min ton olan soyuducu ambar, yem zavodu tikilir, “Bərdə” türbəsi bərpa edilir, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, kəndlər qazlaşdırılır, kəndlərin elektrik şəbəkəsi yenidən qurulur.
Rayonun iqtisadiyyatının bütün sahələrində qadınlar təmisil edilmişdir.
Çıxış edənlərin hər biri rayonun sürətli inkişafında qadınların xüsusi rolunu qeyd etmiş, 8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə qadınları təbrik etmişlər.
Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilmiş bir qrup qadına üzvülük vəsiqələri təqdim edilmiş, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon İcra Hakimiyyətinin fəxri fərmanları verilmiş, bir qrup qadın qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirin sonunda rayonun mədəniyyət işçiləri iştirakçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.