Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Bərdə regional ədliyyə şöbəsi və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyaları ilə birgə “Bələdiyyə fəaliyyətində şəffaflıq və hesabatlılıq” mövzusunda regional seminar

08 mart 2014 | 16:00

Rayon İcra Hakimiyyəti başçısı aparatının iclas zalında keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhər, Ağdam, Ağcabədi, Bərdə  və Tərtər rayon bələdiyyələrinin sədrləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iç mərkəzinin inzibati nəzarət idarəsinin rəisi cənab Həbib Yusibov, Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri cənab Əli Mehdiyev, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının İcraçı katibi cənab Həzi Əkbərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrin region orqanları şöbəsinin baş məsləhətçi cənab Hafiz Əliyev – cəmi 200 nəfər iştirak etmişdir.
Tədbiri çiriş nitqi ilə açan Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iç mərkəzinin inzibati nəzarət idarəsinin rəisi cənab Həbib Yusibov iştirakçıları seminarın məqsəd  və məramı ilə tanış etmiş, bələdiyyələrin işin təşkili ilə bağlı ölkəmizdə həyata keçirilən işlər barədə məlumat vermişdir. 
Tədbirdə Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri cənab Əli Mehdiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iç mərkəzinin müdir müavini cənab Həbib Yusibov, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının İcraçı katibi cənab Həzi Əkbərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrin region orqanları şöbəsinin baş məsləhətçi cənab Hafiz Əliyev çıxış etmişlər.
Qeyd olunmuşdur ki, ölkəmizin sosial-iqtisadi inkişafında bələdiyyələr fəal iştirak edirlər, dövlət bələdiyyələrin fəaliyyətini dəstəkləyir. Bələdiyyələrin ölkəmizdə həyata keçirilən müxtəlif dövlət proqramlarının, o cümlədən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı”nı və “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tapşırıqların icrası, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır. Yerli özünüidarə sahəsində mövcud problemlər və onların həlli yolları barədə ətraflı danışılmışdır. 
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin son çıxış və görüşlərində bütün idarəetmə orqanlarının rəhbərlərinə fəaliyyətlərində şəffaflığın təmin olunması, məmurların etik davranış qaydalarına riayət etmələri məsələlərinə bələdiyyələrin xüsusi əhəmiyyət vermələri, vətəndaşlarla münasibətdə diqqətli yanaşmanı təmin etməli olduqları bildirilmişdir.
Bələdiyyə mülkiyyətinin idarə olunmasının təkmilləşdirilməsi, bələdiyyələrin vəsaitlərinin səmərəli istifadə olunmasının vacibliyi diqqətə çatdırılmışdır.
Bələdiyyələr dövlətin bələdiyyələrə köməyini yüksək qiymətləndirmişlər.
Qeyd eilmişdir ki, qanunçuluğa əməl edilməsi, əhalinin üzləşdiyi problemlərin həlli üçün bütün imkanlardan istifadə etmək və mütəmadi olaraq seçicilər qarşısında hesabat vermək bələdiyyələrin başlıca vəzifələridir.

Keçidlər