Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

20 fevral 2026 | 15:27

Çıxış edərkən uşaq iştirakçılığının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən Komitə sədri, uşaqların hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndəsi Əlizadə Kənan çıxış edərək rayonda yaradılan imkanlar, həyata keçirilmiş maarifləndirici tədbirlər, sosial layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər barədə ətraflı məlumat verib.
Daha sonra Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə digər nümayəndəsi Zəhra Əliyeva çıxış edərək fəallar tərəfindən irəli sürülən təşəbbüs və təklifləri səsləndirib, yerli səviyyədə mövcud olan problemlər və onların həlli yolları barədə fikirlərini bölüşüb.
Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər ətrafında geniş müzakirə təşkil olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər