Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri "Ailə münasibətləri" mövzusunda keçirilmişdir
23 aprel 2024 | 10:37
Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə S. Behbudov adına 6 nömrəli tam orta məktəbdə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirilmişdir.
Tədbirdə Bərdə UGİM-nin direktoru Aynurə Əyyubova, Komissiyanın sədri Səfurə Hümbətova, QMƏŞVAİB-in rayon şöbəsinin sədri Etibar Hüseynova, şəhər 2 nömrəli kitabxananın müdiri Nərgiz Cəfərova və bir qrup qadın iştirak etmişlər.
Tədbir zamanı qeyd olunub ki, ailə dəyərlərimizin əsasını ailədaxili münasibətlər təşkil edir. Bu münasibətlərin düzgün qurulması üçün ailə üzvləri, ilk növbədə, ər və arvad bir-birinə hörmət və ehtiramla yanaşmalıdırlar. Bildirilib ki, Əgər bir ailədə hörmət, sevgi hökm sürərsə, şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmazlıq sarsıda bilməz. Ailənin möhkəmlənməsi, hər şeydən əvvəl, nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Ailənin uzunömürlü olmasının əsas səbəblərindən biri sağlam həyat tərzi, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olmasıdır.