Şriftin ölçüsü :

Saytın rəngi :

Alaçadırlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

27 iyul 2022 | 10:39

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Alaçadırlı kəındində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Alaçadırlı  kəndi qazlaşdırılıb, kəndin aşağı gərginlikli elektrik şəbəkəsi kabelləşdirilib, abonentlərə SMART tipli sayğacalar quraşdırılıb, kəndin içməli su şəbəkəsi tikilmiş, 200 nömrə tutumlu Elektron ATS quraşdırılmış, 200 evə  telefon rabitəsi verilmiş, Alaçadırlı kəndini də əhatə edən 17,5 km Muğanlı-Körpüsındıran kəndlərarası yolu yenidən qurulmuş və asfaltlanmış, 14 km kənddaxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, kənd qəbirstanlığında abadlıq işləri aparılmış, qəbirstanlığın kənarına 0,4 km dəmir hasar çəkilmiş, ərazilərdə talvar tikilmiş, darvaza quraşdırılmış, kəndə sərnişin avtobusu marşurutu açılmış, kəndin ərazisində olan 2 km açıq dren-kanal lildən təmizlənmişdir, cari ildə 3 ədəd subartezian quyusunun dərinlik nasosu təmir olunmuş, hazırda GPON telekommunikasiya sisteminin quraşdırılması üçün tədbirlər görülür.

2021-ci ildə 40 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 140 ton pambıq istehsal edilib, 1 nəfər kümçü 5 qutu ipək qurdu bəsləmiş, 38 ton barama təhvil verilmişdir.

2022-ci ildə 25 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda 3-cü kompleks becərmə aparılır, 1 nəfər kümçü  3 qutu ipək qurdu bəsləmiş, 0,55 ton barama təhvil verilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Alaçadırlı kənd sakinləri Yaqub Ələkbərov kənddə içməli su üçün 1 ədəd artezianın qazılması, Vahid Əliyev kənddə tam orta məktəbin açılışı və bina tikilməsi, internetin sürətinin artırılması, Allahverən Nəcəfquliyev 521 reper nömrəli subartezian quyusunun məhsuldarlığının az olması, Fəqan Bəxtiyarov müvəqqəti məskunlaşdığı inzibati binaya təbii qaz çəkilməsi, Maarif Süleymanov kənd sərnişin marşurutu xəttinin dislokasiyasının dəyişdirilməsi, Nəzifə Nəsibova birdəfəlik maddi yardım göstərilməsi, Şəhla Piriyeva ali təhsilli iqtisadçı oğlunun işlə təmin edilməsi barədə müraciət etmişlər.

Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçığın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə  Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər