Alpout kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Alpout kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Alpout kəndi qazlaşdırılıb, kəndin giriş qapısı tikilib, 22,2 km uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu tikilib, kəndin küçələrinə 2,0 km içməli su xətti çəkilmiş, 8 bulaq tikilmiş, təsərrüfatlararası 10,5 km su arxları lildən təmizlənib, 2022-ci ildə Alpout kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilib.
2021-ci ildə 1 nəfər kümçü 3 qutu ipək qurdu bəsləmiş, 108 kq və ya hər qutudan 36 kq barama təhvil verilmişdir. 2022-ci ildə 29 hektar sahədə pambıq əkilmiş, hər hektardan 34 sentner olmaqla 98,6 ton pambıq istehsal edilib, 2023-cü il üçün 10 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, torpaqlar şumlanıb arat olunmuşdur
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.