Anım Günü ərəfəsində Bərdədə şəhid ailələri ziyarət olunur
26 sentyabr 2023 | 11:36
Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrini ziyarət edilir.
Anım Günü ərəfəsində rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin idarə və müəssisələrin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının məsul nümayəndələri tərəfindən şəhid ailələri evlərində ziyarət edilir, onlarla mənəvi-psixoloji söhbətlər aparılır, ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində Zəfər qazanmasından danışılır, şəhid ailələrinin qayğı və problemləri öyrənilir və onların həlli üçün tədbirlər görülür.
Şəhid ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.