Aprelin 3-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bərdə rayonuna səfər edib
06 aprel 2026 | 16:42
Səfər zamanı əvvəlcə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Bərdə rayonuna səfər çərçivəsində Firudin Qurbanov vətəndaş qəbulu keçirib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.






