Avqustun 1-də gənclər və idman naziri Fərid Qayıbov Tərtər və Bərdə rayon sakinlərini qəbul edib.
04 avqust 2025 | 10:35
Qəbuldan öncə nazir Fərid Qayıbov Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə Bərdə şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.






