Azərbaycan Respublikası Milli Məclisinin deputatı Xanlar Fətiyev iyulun 8-də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə Bərdə rayonunun Böyük Göyüşlü kəndinə səfər edib
08 iyul 2026 | 15:52
Səfər zamanı əsaslı təmirə ehtiyacı olan uşaq bağçasına yerində baxış keçirilib, vətəndaşları narahat edən məsələlər dinlənilib və həlli istiqamətində müzakirələr aparılıb.
Daha sonra millət vəkili seçicilərlə növbəti qəbul-görüşünü keçirib. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial-məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün tədbirlər görülüb, digər müraciətlər isə araşdırılması və həlli məqsədilə aidiyyəti üzrə yönləndirilib.






