Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planının 7.1.36. nömrəli tapşırığının icrası ilə əlaqədar olaraq Bərdə Peşə Liseyində tədbir keçirilmişdir.

20 sentyabr 2023 | 10:07
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planının 7.1.36. nömrəli tapşırığının (gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə tədbirlərin görülməsi) icrası ilə əlaqədar olaraq Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə Peşə Liseyində rayonda fəaliyyət göstərən gənc sahibkarların, startapçıların bilik və bacarıqlarının artırılması məqsədi ilə gənclərlə görüş keçirilmişdir. Görüşdə sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün müasir dövrün tələblərinin elmi əsaslarla öyrənilməsinin, bir sıra layihələrə qoşulmaqla biliklərinin artırılmasının və öz bizneslərində yeni texnoloji innovasiyaların tətbiq edilməsinin və fəaliyyətlərinin təkmilləşdirilməsinin vacibliyi istiqamətində maarifləndirici söhbətlər aparılmışdır.
Keçidlər