Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Vətən naminə" Şəhid ailələrinə dətək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin psixoloji reabilitasiyasına dəstək məqsədilə dəyirmi masa keçirilmişdir.
17 avqust 2023 | 12:21
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Vətən naminə" Şəhid ailələrinə dətək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin psixoloji reabilitasiyasına dəstək məqsədilə dəyirmi masa keçirilmişdir. İctimai Birliyin sədri Tünzalə Abduləlimova Bərdə rayonundan olan Vətən müharibəsi qaziləri ilə görüşmüş, onların psixoloji reabilitasiyası istiqamətində maarifləndirici söhbətlər aparılmış, bu istiqamətdə onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbir diskussiya şəraitində davam etmişdir.