"Azərişıq" ASC-nin məsul şəxsləri Bərdədə sahibkarlarla görüş keçirmişdir.
27 fevral 2024 | 12:32
Görüşdə Bərdə RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov, Azərişıq ASC-nin mətbuat katibi Vaqif Mustafayev, ASC-nin ASAN Xidmət üzrə işlər idarəsinin rəis müavini İnam Yusifov,
Mərkəzi Aran Regional Enerji satışı idarəsinin rəisi Zaur Şirəliyev iştirak etmişlər.
Sahibkarların, fermerlərin, bələdiyyələrin, icra hakimiyyəti nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə keçirilən görüşdə rayon ərazisində istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatında qarşılaşdıqları bəzi çətinliklərlə bağlı müraciətləri dinlənilmiş və onların aradan qaldırılması istiqamətində müzakirələr aparılmışdır. Görüş qarşılıqlı diskussiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.