Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Qacar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

11 noyabr 2022 | 14:44
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Bala Qacar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Bala Qacar kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, 2 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 2,5 km açıq dren-kanal lildən təmizlənib.
­­2021-ci ildə 30 hektar sahədə pambıq əkilmiş, hər hektardan 32 sentner olmaqla 96 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 8 qutu ipək qurdu bəsləmiş, hər qutudan 25,6 kq olmaqla 202 kq barama təhvil verilmiş, 2022-ci ildə 30 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, indiyədək 102 ton pambıq istehsal edilmiş, pambıq yığımı davam edir, 1 kümçü tərəfindən 4 qutu ipək qurdu bəslənmiş, hər qutudan 13,7 kq olmaqla 54,8 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Bala Qacar kənd sakinləri Mayıl Qurbanov 722 nömrəli subartezian quyusunun yerinin dəyişdirilməsi, Mahirə Quliyeva Dövlət tərəfindən tikilmiş fərdi yaşayış evinə təbii qaz çəkilməsi, Qullar kənd sakinləri Qeys Əsədov Bala Qacar-Qullar kəndlərarası 2 km yolun asfaltlaşdırılması, Fikrət Bağırov Qullar kəndi ərazisində örüş yerinin kənarında olan 53 hektar pay torpaqlarının suvarılma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Quba Bağırova içməli su üçün Qullar kəndində 1 ədəd artezain quyusunun qazılması barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər