Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində "Konstitusiya və Suverenlik İli" çərçivəsində 27 Sentyabr - Anım Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "44 Günlük Zəfər Yolunun Qəhrəmanları" adlı tədbir keçirilib.
26 sentyabr 2025 | 11:32
Tədbirdə rəsmi çıxışlar, bədii kompozisiyalar, videoçarxlar vasitəsilə qəhrəmanlarımızın göstərdiyi igidlik və fədakarlıqlar bir daha yad edilib.
Kollecin direktoru, Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev çıxış edərək öz qanı, canı bahasına torpaqlarımızı azad edən Azərbaycan Ordusunun qəhrəman əsgərlərindən danışıb.
Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov Prezidentimizin qətiyyətli siyasətini tədbir iştirakçılarının nəzərinə çatdırıb, gənclərə öz tövsiyələrini verib.
Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olan şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynova çıxış edərək Elməddinin timsalında Vətən, torpaq sevgisini hər şeydən uca tutaraq, ən qiymətli sərvətilərini - həyatlarını fəda edən oğulların qəhrəmanlıqlarından danışıb, gəncləri vətənpərvər olmağa səsləyib.
Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi - İctimai Birliyinin üzvü Aydın Zeynalov qalib xalqın övladlarına səslənərək şəhidlərimizin fədakarlığı və qazilərimizin igidliyinin gələcəyə artırdığı məsuliyyəti dərk edərək ölkəmizi daha da gücləndirmək, şəhidlərimizin ruhuna layiq vətəndaş olmaga çağırıb.
Bu gün biz Vətən müharibəsində canlarını torpaq, bayraq və müstəqilliyimiz uğrunda fəda edən şəhidlərimizi dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik.
Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin ruhları şad olsun!






