Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində rayon fermerləri üçün seminar təşkil edilib.

07 sentyabr 2023 | 10:03
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Musa Muradlı qeyd edib ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullurının istehsal gücünün artırılmasına böyük ehtiyac var. Əhalinin sağlamlığı baxımından keyfiyyətli qida məhsullarının istehlak olunması vacib məsələlərdəndir. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün ölkəmizdə aparılan siyasətə diqqət çəkən Musa Muradlı bunun üçün qanunvericilik bazasının yaradılmış olduğunu vurğulayıb. 18 fevral 2003-cü il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalı üçün hüquqi baza formalaşdırılıb. Layihənin aktuallığının nəzərə alınması və maliyyələşməsinə görə Musa Muradlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert və müşahidə şurasının üzvlərinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Eyni zamanda yerli hakimiyyət orqanlarının əməkdaşlarına da yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşları Anar Bağırov və Ədalət Əhmədov Ekoloji İnformasiya İB-nin həyata keçirdiyi “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının fermerlər arasında təbliği layihəsinin aktuallığını yüksək qiymətləndiriblər. Aparat əməkdaşı Ədalət Əhmədov bildirib ki, QHT-lərlə Bərdə rayon İcra Hakimiyyətinin uğurlu əməkdaşlığı var. Ekoloji İnformasiya İB-nin həyata keçirdiyi indiki layihə dövlət proqramına daxil edilmiş ümdə məsələlərdəndir. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi qarşıya qoyulan vəzifələrdəndir- deyən Ədalət Əhmədov Ekoloji İnformasiya İB-nə aktual məsələlərə hədəflənən layihənin fəaliyyətində uğurlar arzulayıb.
Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul haqqında əhatəli çıxış edib. Bildirib ki, sağlamlığın qorunması baxımından təmiz kənd təsərrüfatı məhsullarının istehsalında fermerçilik qaydalarına düzgün əməl olunmalıdır. İstehsalçı istehlakçıların məhsullarla təmin olunmasında özündə məsuliyyət hiss etməlidir. Daha çox kimyəvi mineral gübrələrlə yetişdirilmiş məhsulları bazara çıxarmaqdan çəkinməlidir. Ən azından belə bir məsuliyyət fermerin vətəndaşlıq mövqeyində, vətənpərvərlik hissində özünü göstərməlidir. Ekoloq Xosrov Musayev sağlamlıq baxımından ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsini məqsəduyğun hesab edib. Ənənəvi fermerçiliklə yanaşı ekoloji təmiz məhsuluna keçidin aktual olduğunu bildirib.
Bərdəli fermerlər də ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehsalı barədə müzakirələrdə fəallıq nümayiş etdiriblər. Onlar da həyata keçirilən layihədə qarşıya qoyulan vəzifəni yüksək qiymətləndiriblər.
Sonda iştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.
Keçidlər