Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 2025 "Konstitusiya və Suverenlik İli" ilə bağlı tədbir keçirilib.
23 aprel 2025 | 14:50
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin inzibati-rəhbər, mühəndis-pedaqoji heyəti və müxtəlif ixtisaslarda təhsil alan tələbələri iştirak edib. Tədbir zamanı tələbələrə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlər, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsipləri mövzularında ətraflı məlumat verilib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.






