Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr "Anım Günü" münasibətilə tədbir keçirilib.

27 sentyabr 2025 | 10:44

Tədbirdə mərkəzin rəhbər və pedaqoji heyəti, tələbələri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və digər qonaqlar iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi və 44 günlük Vətən Müharibəsi şəhidlərinin əziz xatirələrinin yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər 44 günlük Vətən Müharibəsinin başlanğıc tarixi olan 27 sentyabr "Anım Günü" ilə bağlı öz təəssüratlarını iştirakçılara çatdırıblar. Tədbir mərkəzin tələbələrinin hazırladıqları video sujet, şeir və səhnəciklərlə davam edib.

Keçidlər