Bərdə Dövlət Peşə Təhsil Mərkəzində "Aprel döyüşləri" ilə bağlı tədbir keçirilib.
Öncə Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin inzibati rəhbər, mühəndis-pedaqoji heyəti və müxtəlif ixtasaslar üzrə təhsil alan tələbələri Aprel döyüşləri şəhidlərinin abidələrini ziyarət ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə mərkəzin inzibati rəhbər, mühəndis-pedaqoji heyəti, aprel döyüşləri və 44 günlük Vətən Müharibəsi qaziləri və mərkəzin müxtəlif ixtisaslarda təhsil alan tələbələri iştirak edib. Tədbirdə çıxış edənlər 44 günlük şanlı zəfərimizin başlanğıcı olan aprel döyüşlərinin əhəmiyyətindən və qəhrəman əsgərlərimizin göstərdikləri rəşadətdən bəhs ediblər. Tədbirin sonunda videoçarxlar izlənilib.