Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində qısamüddətli peşə təlimlərində iştirak edən keçmiş məcburi köçkünlərə sertifikatlar təqdim edilib

23 oktyabr 2026 | 17:25
22 oktyabr 2026-cı il tarixində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Böyük Qayıdışa dair I Dövlət Proqramı və Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının icrası ilə bağlı keçirilmiş tədbirdə qısamüddətli peşə təlimlərinə cəlb edilmiş keçmiş məcburi köçkünlərə sertifikatlar təqdim edilmiş və mövzuya dair dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin, Mərkəzin inzibati rəhbər heyəti, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.
Görüşdə peşə təlimlərinin nəticələri və məşğulluq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Bildirilib ki, dövlət proqramları çərçivəsində 15 ixtisas üzrə 288 nəfər təlimləri uğurla başa vurub və onlara sertifikatlar təqdim edilib.
Keçidlər