Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində "Məzun Günü" tədbiri keçirilib.

01 iyul 2025 | 13:44
Tədbirdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin inzibati rəhbər, mühəndis pedaqoji heyəti, Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, işəgötürən müəssisələrin nümayəndələri, 44 günlük Vətən Müharibəsi şəhidlərinin valideynləri, valideynlər və məzun tələbələr iştirak edib. Tədbirdə çıxış edənlər məzunları təbrik edib onlara gələcək karyeralarında uğurlar arzulayıblar. 2024-2025 tədris ilində fərqlənən tələbələr təşəkürnamə ilə təltif edilib. Sonda tələbələrin ifasında şeirlər, rəqslər, musiqilər ifa olunub.
Qeyd edək ki, Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 2024-2025 tədirs ilində 40 ixtisas üzrə 591 tələbə məzun olub.
Keçidlər