Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərə sertfikat təqdim olunub.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində öz doğma torpaqlarına geri dönən və peşə bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün təşkil edilən aşpaz, avtomobil diaqnostikası və təmiri ustası, bağban dekorator, isitmə, soyutma, havalandırma sistemləri üzrə montajcı, elektrik qaz qaynaqçısı, mühasib, baytar köməkçisi ixtisasları üzrə qısamüddətli təlimləri uğurla bitirən 72 müdavimə sertifikat təqdim olunub. Tədbirdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər inzibati əməkdaşları, Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəsi, Qarabağ Regional Məşğulluq filialının nümayəndəsi, təlimləri uğurla bitirən müdavimlər iştirak edib. Çıxış edənlər proqramın önəmindən və Qarabağda gedən quruculuq işlərində kadr ehtiyacının vacibliyindən bəhs ediblər. Tədbirin sonunda təlimləri uğurla bitirmiş müdavimlərə Dövlət nümunəvi sertifikatlar təqdim olunub, xatirə fotosu çəkilib.






