Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” təlim keçirilmişdir

25 aprel 2024 | 16:30

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “Fəaliyyət Planı”nın 8.10.1.tapşırığının (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) icrası ilə əlaqədar Bərdə Rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına hər il olduğu kimi cari ildə də rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən 25.04.2024-cü il tarixində onlayn qaydada “dövlət qulluqçularının etik davranışı mövzusu”nda təlim keçirilmişdir. Keçirilmiş təlimin əsas məqsədi dövlət qulluqçularının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu xidməti fəaliyyətləri dövründə daim rəhbər tutmaq və qanunun əsas məqsədlərinə, qanunda göstərilən etik davranış qaydalarına əməl etmək və bu sahədə bilik və bacarıqlarını təkmilləşdirmək olduğu qeyd olunmuşdur. Təlimdə dövlət qulluqçularının il ərzində nəzarət qaydasında xidməti davranışlarının qanunda göstərilən etik davranış qaydalarına uygunluğuna Bərdə rayonu İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən daim nəzarət edildiyi və onun təhlilinin aparıldığı, etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşların və təşkilatların məlumatlandırıldığı, etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görüldüyü və etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb ediləcəyi bildirilmişdir.

 

 

 

 

 

 

 

 

Keçidlər