Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir

07 fevral 2023 | 12:22
2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar Bərdə rayonunda da Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə Bərdə rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Regional Təhsil İdarəsi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ayrı-ayrı qurumların, gənclərin, tələbə və məktəblilərin Heydər Əliyev Mərkəzinə mütəmadi ekskursiyaları təşkil edilməkdədir.
Ekskursiya çərçivəsində Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri, Güloğlular kənd tam orta məktəbin və şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Təqvim planına uyğun olaraq belə ekskursiyaların ilin sonunadək davam etdirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər