Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Peşə Liseyində "KOB subyektlərinin heyvandarlıq sahəsində mövcud problemləri, imkanları və prespektivləri" mövzusunda tədbir keçirilib

19 yanvar 2024 | 09:43

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aran Regional Koordinatoru Ayaz Ədilov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Yevlax KOB dostu Sahib Əmirov, Bərdə Peşə Liseyinin direktor v.i.e Samir Nəcəfov, Bərdə rayonunda fəaliyyət göstərən sahibkarlar, dövlət qurumu nümayəndələri, liseyin mühəndis-pedaqoji heyəti və tələbələri iştirak edib. Tədbirdə KOBİA-nın fəaliyyəti, sahibkarlara, kənd təsərrüfatı və heyvandarlıq sahələrinə göstərdiyi dəstək, Bərdə Peşə Liseyinin maddi-texniki bazası və əmək bazarına ixtisaslı kadrların hazırlanması ilə bağlı iştirakçılara geniş məlumat verilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Keçidlər