Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Peşə Liseyində radikalizm mövzusunda "Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq" adlı tədbir keçirilib.

21 fevral 2024 | 10:02

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Məhəmməd Rəşidov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov, Bərdə Peşə Liseyinin rəhbərliyi və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri iştirak edib. Tədbirdə radikalizm anlayışı, Azərbaycan və ümumi dünyada radikalizmin hazırki vəziyyəti və ona qarşı aparılan mübarizələr ilə bağlı müzakirələr aparılıb. Ölkəmizin milli-mənəvi dəyərləri, multikulturallığı və tolerantlığı tələbələrin diqqətinə çatdırılıb. Sonda tələbələrin sualları cavablandırılıb, videoçarxlar izlənilib.

Keçidlər