Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Qadın Resurs Mərkəzində mərkəzin əməkdaşları və üzvləri, o cümlədən aktiv icma nümayəndələri ilə "Gender və gender bərabərliyi" mövzusunda təlim keçirilmişdir.

08 fevral 2023 | 15:55
Bərdə Qadın Resurs Mərkəzində mərkəzin əməkdaşları və üzvləri, o cümlədən aktiv icma
nümayəndələri ilə "Gender və gender bərabərliyi" mövzusunda təlim keçirilmişdir. Təlimin məqsədi gender konsepsiyaları, gender bərabərliyinə insan hüquqları yanaşması, gender əsaslı zorakılıq və məişət zorakılığı haqqında bilik və bacarıqları artırmaqdır. Təlim həmçinin iştirakçıları gender bərabərliyini təşviq etməyə həvəsləndirmək, eləcə də icma əsaslı kütləvi maarifləndirici tədbirlərin təşkili ilə bağlı bacarıqlarını artırmağa imkan verəcəkdir.
Qeyd edək ki, sözügedən təlim "İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması (SABİY)" layihəsi çərçivəsində təşkil olunur.
UNDP Azerbaijan British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi
Keçidlər