Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon Ağsaqqallar Şurasının VI hesabat konfransı keçirilib

23 sentyabr 2026 | 16:46

Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bərdə Rayon Ağsaqqallar Şurasının VI konfransını giriş sözü ilə açan Bərdə RİH başçısı Vidadi İsayev ağsaqqalların zəngin həyat təcrübəsi və mənəvi dəyərləri ilə cəmiyyət həyatında, xüsusilə gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, şura üzvləri rayonun ictimai həyatında fəal iştirak edir, gənclərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyəsinə öz töhfələrini verirlər.
Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov hesabat məruzəsi ilə çıxış edərək şuranın ötən dövr ərzində gördüyü işlər, həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin ağsaqqallara hər zaman xüsusi ehtiram göstərdiyini vurğulayıb. Bildirilib ki, bu ənənə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ağsaqqalların ictimai həyatda fəal iştirakı dəstəklənir.
Çıxış edən ağsaqqallar ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu istiqamətdə həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Konfransda hesabat məruzəsi ətrafında müzakirələr aparılmış və şuranın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Sonda təşkilati məsələlərə də baxılıb. Yaşar Zamanov yenidən Bərdə Rayon Ağsaqqallar Şurasının sədri seçilib, şuranın üzvləri yenidən formalaşdırılıb.

Keçidlər