Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Heydər Əliyev Mərkəzində 8 noyabr Zəfər günü münasibətilə "Zəfərin mübarək Azərbaycan " adlı tədbir keçirilmişdir.

08 noyabr 2023 | 14:10
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti Aparatının Baş mütəxəssisi Leyla Mehtiyeva ,QMƏVŞAİB -in Bərdə üzrə sədri Etibar Hüseynova ,Bərdə Dövlət Rəsm Qalereyası,Bərdə Mədəniyyət Sarayı,Ak.Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey və Bərdə Regional ASAN Xidmət könüllüləri iştirak etmişdir.Tədbirdə həmçinin I Qarabağ müharibəsi veteranı Elbrus Rüstəmov ,II Qarabağ Müharibəsi veteranı Güloğlan Rəşidli , Vətən müharibəsi qazisi mayor Elçin Mustafayev,müharibə iştirakçısı Camal Canbaxışov və şəhid ailələri iştirak etmişdir. Tədbir Vətən uğrunda şəhid olmuş igid oğullarımızın bir dəqiqəlik sükutla anılmasından sonra başlamışdır.Mərkəzin direktoru Arifət Əhmədova çıxış edərək bildirdi ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
QMƏVŞAİB -nin Bərdə rayonu üzrə sədri Etibar Hüseynova qeyd etdi ki,Bizə qürur dolu bu tarixi bəxş edən dövlətimizə, yenilməz Azərbaycan Ordusuna Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna əbədi borcluyuq.
Qarabağ müharibəsi veteranı Elbrus Rüstəmov bildirdi ki,Azərbaycan əsgəri göstərdiyi şücaətlə dünya hərb tarixində iz saldı.
Bərdə regional ASAN Xidmət könülləri üzrə məsul şəxs Şamxal Yaqubov bildirdi ki, Müzzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun şücaəti ilə qürur duyuruq!
I Qarabağ Müharibəsi şəhidi Rəfael Quliyevin həyat yoldaşı Şərafət Quliyeva öz çıxışında dövlətin şəhid ailələrinə olan diqqət və qayğısından söz açdı.Sonda Ak.Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri bədii kompozisiya ilə çıxış etdilər.
Keçidlər