Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Heydər Əliyev Mərkəzində " Azərbaycanın inkişafının son 18 ili " mövzusunda tədbir keçirilmişdir.

25 dekabr 2021 | 16:00

Bərdə rayon Heydər Əliyev Mərkəzində " Azərbaycanın inkişafının son 18 ili " mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayonu üzrə sədri Etibar Hüseynova , ASAN Xidmət Mərkəzinin Könüllülərlə iş Təşkilatının sədri Şamxal Yaqubov və rayon ictimaiyyəti iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova qonaqları salamladı.Arifət Əhmədova çıxış edərək bildirdi ki, Müstəqil Azərbaycan Böyük yolun- Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir.Müstəqillik prinsipinə əsaslanan və milli maraqların qorunması məqsədinə xidmət edən siyasətin ardıcıl və sistemli şəkildə davam etdirilməsi Azərbaycanın qarşısında yeni perspektivlərin açılması deməkdir.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının, ümumilikdə dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman diqqətlə izlənilir, təqdir olunur, ali mükafata layiq görülür. Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi bunun bariz nümunəsi, Azərbaycanın 2019-2021-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərdiyinin əksidir.On səkkiz il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, bütün varlığı ilə Ulu Öndərin siyasi kursuna sadiq olan və dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevə yekdilliklə səs verdi. Ötən hər il xalqın öz tarixi seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu illər ərzində, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözünün imzası qədər əhəmiyyəti olan dövlətə çevirdi.Bu 18 ildə Azərbaycanda bütün istiqamətlərdə sürətli inkişafa nail olunub, ölkədə tam sabitlik, əmin-amanlıq bərqərar olub, əhalinin sosial vəziyyəti daha da yaxşılaşıb, həyata keçirilmiş düzgün və dəqiq islahatlarla ölkənin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq nüfuzu artıb.Dövrünün ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ölkəmizin Avrasiya məkanında mövqeyini xeyli artırıb, Azərbaycanı Cənubi Qafqazın liderinə çevirib. Bu layihə ölkəmizlə yanaşı, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də xeyli əhəmiyyətlidir. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu durmadan artmaqdadır.
Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayonu üzrə sədri Etibar Hüseynova çıxış etdi.E.Hüseynova bildirdi ki , Ali Baş Komandanımız 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizi təmin etməklə adını tarixə qalib Lider, torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən qarşıdakı illərin prioritetlərini açıqlayaraq əsas amalının Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan etmişdi.
Prezident İlham Əliyev qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında böyük nüfuza malik dövlətə çevirdi. Məhz dövlət başçısının diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmə çatdırıldı, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar illərlə kağız üzərində qalıb saralmasına baxmayaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul etdilər.
Daha sonra Bərdə ASAN Xidmət Mərkəzinin Könüllülərlə iş Təşkilatının sədri Şamxal Yaqubov çıxış etdi. Şamxal Yaqubov Yeni Azərbaycanın inkişaf modelində gənclərə verilən diqqət, dövlətin uğurlu gənclər siyasəti haqqında danışaraq Bərdə gənclərinin son illərdə qazandığı uğurlarından söz açdı. Gənclərin işlə təmin edilməsində ASAN Xidmət Mərkəzinin rolunu statistik rəqəmlərlə açıqlayan Ş.Yaqubov son iki ildə 74 nəfər könüllünün müxtəlif dövlət müəssisələrində işlə təmin olunduğunu bildirdi. Tədbirdə Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki təmayüllü lisey -məktəbin şagirdləri hazırladıqları şeir kompozisiyasını ifa etdilər.Tədbirin yekununda Bərdə şəhər 1 saylı uşaq incəsənət məktəbinin şagirdləri musiqi nömrəsiylə çıxış etdilər.

Keçidlər