Bərdə rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
23 fevral 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi ilə başlanmış, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılmışdır.
Tədbirdə çıxış edən Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Zeynəb Misirli və digər çıxışçılar iştirakçılara Xocalı soyqırımının mahiyyəti barədə ətraflı məlumat vermiş, faciənin başvermə səbəbləri, tarixi nəticələri və xalqımızın yaddaşında buraxdığı dərin izlərdən bəhs etmişdirlər. Tədbir çərçivəsində Xocalı soyqırımına həsr edilmiş sənədli film də nümayiş etdirilmişdir.






