Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi ilə birgə ümumrayon iclası keçirmişdir.

05 aprel 2024 | 17:10
İclasda RİHB aparatının məsul əməkdaşları, rayon Polis şöbəsi, rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bərdə rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Damət Ələkbərov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəis müavini mayor Eldəniz Bayramov, Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Müşviq Əhmədov, Qarabağ Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət mayoru Elvin Əlizadə, Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qarabağ Regional Müfəttişliyinin rəis əvəzi Ramin Cabbarov, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsiziliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Müfəttişliyinin baş məsləhətçisi Səbuhi Hüseynov çıxış edərək Yanğın təhlükəsizliyinin təşkil edilməsi, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarın təmin edilməsi, təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri barədə, eyni zamanda əhalinin mülki müdafiəsinin təmini, rayon üçün ehtimal olunan fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində rayon FHK və FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Keçidlər