Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyəti başçısı rayonda yerləşən qəbiristanlıqlarda abadlıq-təmizlik işlərinin görülməsi ilə bağlı iclas keçirmişdir

22 may 2024 | 09:36
Bərdə rayon İcra Hakmiyyətinin təşəbbüsü ilə idarə, müəssisə,təşkilatların, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin ictimaiyyət nümayəndələrinin, yerli sakinlərinin iştirakı ilə rayon ərazisində mövcud olan qəbiristanlıqlarda abadlıq və təmizlik işlərinin görülməsi ilə bağlı iclas keçirilmişdir
İclasda Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev qəbiristanlıqlara gedən yollarda təmir-bərpa işlərinə başlanması, mövcud olan qapı, darvazaların rənglənməsi, uçulmuş, dağılmış hasarların və çəpərlərin bərpa edilməsi, qəbiristanlıqların ərazisində əmələ gəlmiş alaq otlarının biçilməsi, habelə məişət tullantılarının ərazidən toplanması, daşınması, ehtiyac olduğu təqdirdə su və elektrik xəttinin çəkilməsinin təşkili ilə bağlı öz tapşırıq və tövsiyələrini vermişdir.
Keçidlər