Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdə yaşayan şəhid ailələri ziyarət edilmişdir

26 sentyabr 2022 | 12:02
25 sentyabr 2022-ci il tarixində Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Ədalət Əhmədov, başçının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər İsmayılov, nümayəndənin müavini Rəşad Məmmədov, bələdiyyəsinin sədri Rəfayıl Əliyev və kənd həkim ambulatoriyasının baş həkimi Rəfayıl Hüseynov, Körpüsındıran bələdiyyəsinin sədri Vidadi Əsədov ərazidə yaşayan şəhid Süleymanov İlkin Mahir oğlunun, şəhid Şəmilov Azər Elyaz oğlunun, Körpüsındıran kəndindən olan şəhid Hüseynov Adil Namiq oğlunun, Qasımbəyli kəndindən olan şəhid Mirzəyev Elzamin Sakit oğlunun, şəhid Məmmədov Nazir Zülfüqar oğlunun, şəhid Mehtiyev Qədir Əli oğlunun, Əliyanlı kəndindən olan şəhid Paşayev Namiq Ağacan oğlunun qəbrini və ailələrini ziyarət etmişlər. Səmimi söhbət əsasında şəhidlərimizin keçdiyi həyat və döyüş yollarından, qəhrəmanlıqlarından, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin yenilməz iradəsi ilə müzəffər ordumuzun ərazilərimizi azad etməsindən, şəhidlərin ailələrinə, yaralılara, Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından söz açılmış, ailələrin problemləri öyrənilmişdir. Vətən uğrunda ölən varsa vətəndir. Uca tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, yaralılarımıza şəfa, ordumuza qüvvət, Ali Baş Komandanımıza can sağlığı diləyirik!
Keçidlər