Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyəti başçısının Mirzalıbəyli kəndində səyyar qəbul-görüşü keçirilib

02 avqust 2024 | 17:49
Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Mirzalıbəyli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, fərdi yaşayış evinin qaz və elektrik sayğacında yaranmış nasazlığın aradan qaldırılması, kənddə 200 metr yolun asfaltlanması, 1 ədəd yeni artezian quyusunun qazılması, fərdi yaşayış evinin yaxınlığında qəzalı vəziyyətdə olan elektrik xəttinin dəyişdirilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Keçidlər